EN

Əli Mirzəyev: “Gənclər həm ekoloji, həm də sosial baxımdan təhlükəli mühitdə yaşayırlar”

“Sağlam Mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyinin sədri Əli Mirzəyev müasir dövr gənclərinin qarşılaşdığı ciddi problemlərlə bağlı açıqlama verib. O bildirib ki, bugünkü gənclər çox mürəkkəb ekoloji və sosial mühitdə yaşamaqdadırlar.

QHT.az xəbər verir ki, Əli Mirzəyevin sözlərinə görə, təbiətdə baş verən dəyişikliklər və insanların ətraf mühitə qarşı laqeyd münasibəti, xüsusilə iqtisadi maraqlar naminə təbiətə vurulan zərərlər, gənclərin sağlamlığına getdikcə daha çox mənfi təsir göstərir. O, bu vəziyyəti narahatedici və gələcək nəsillər üçün təhlükəli hesab edir:

"Gəncləri əhatə edən psixososial mühit hazırda qənaətbəxş deyil. Ailədə iqtisadi çətinliklərlə bağlı münasibətlərin gərginləşməsi, valideynlərin uşaqlara kifayət qədər vaxt ayıra bilməməsi, onların sağlamlığına və təhsilinə lazımınca diqqət yetirə bilməməsi, digər tərəfdən informasiya-kommunikasiya texnologiyalarının inkişafı və onlardan faydalanmaq əvəzinə qeyri-normal aludəçilik uşaqların sosial vəziyyətinə mənfi təsir göstərir."

 

Pərvanə Fərhadqızı

Chosen
0
qht.az

1Sources