EN

Göyçayda avtomobil piyadanı vuraraq öldürüb

Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhər ərazisində qeydə alınıb.

Sürücü Yasin Yaqubovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil piyada, 1989-cu il təvəllüdlü Elman Hüseynovu vurub.

Piyada xəstəxanaya çatdırılıb. Lakin aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır. (Report)

Chosen
0
4
demokrat.az

9Sources