EN

"Napoli" bir şərtlə "Arsenal"ın müdafiəçisini almağa hazırdır

"Arsenal"ın müdafiəçisi Yakub Kivier karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

90deqiqe.Az "Calciomercato"ya istinadən xəbər verir ki, "Napoli" polşalı futbolçunun xidmətində maraqlıdır.

Neapol təmsilçisi Kivieri transfer etməyə hazırdır, lakin bunun üçün bir şərt irəli sürüb. İtalyanlar "Arsenal"dan güzəştə getməsini və futbolçunun qiymətini 35 milyon avroya endirməsini tələb edir.

Bu mövsüm Yakub 28 matçda iştirak edib, bir qol vurub və iki məhsuldar ötürmə edib. Müdafiəçinin "Arsenal"la hazırkı müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədərdir.

Chosen
0
90deqiqe.az

1Sources