EN

Azərbaycan çempionu “Qarabağ”a kubok və qızıl medallar təqdim olunub

Misli Premyer Liqasında 2024-25-ci illər mövsümünün çempionu olan "Qarabağ" mükafatlandırılıb.

Ölkə.az Apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi XXXV turun "Kəpəz"lə matçından (3:0) sonra “Azersun Arena”da mükafatlara layiq görülüb.

“Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim olunub.

Mükafatları futbolçulara AFFA-nın baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezident Sərxan Hacıyev, “Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözel və PFL-in Texiniki İdman Direktoru Elgiz Abbasov təqdim ediblər.

Qeyd edək ki, mövsümü ilk pillədə başa vuran "Qarabağ" növbəti il ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.

Chosen
0
12
olke.az

10Sources