Türkiyə Super Liqasında bu mövsümün qalibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, "Qalatasaray" XXXVI tur çərçivəsində "Kayserispor"u 3:0 hesabı ilə məğlub edərək çempionluğunu rəsmiləşdirib.
Oyundan sonra keçirilən mətbuat konfransında "sarı-qırmızılılar"ın baş məşqçisi Okan Buruk sevincini ictimaiyyətlə bölüşüb:
"Burada möhtəşəm ab-hava var. Belə gözəl komandanın bir parçası olduğum üçün qürur hissi keçirirəm. 5-ci ulduzu taxmaq bizə qismət oldu. Hədəfimiz gələn mövsümdə yenidən çempion olmaqdır. Həm futbolçularla, həm də azarkeşlərə bir daha təşəkkürlərimi bildirirəm. Məqsədimiz növbəti mövsümdə də çempionluğu qazanmaqdır. Futbolçu kimi 4 dəfə çempionluq yaşamışam, indi isə hədəfim baş məşqçi kimi ardıcıl 4-cü çempionluğu yaşamaqdır".
Şerki “Lion”u tərk edir
Di Mariya qərarını verdi
Frimponq “Liverpul” yolunda
Hansı oyun, hansı kanalda? - AFİŞA
Qvardioladan antirekord