İcarə əsasında “Aston Villa”da çıxış edən, müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan Markus Reşford karyerasını İspaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Barselona” ingiltərəli hücumçunun xidmətində maraqlıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Kataloniya təmsilçisi Reşfordu satınalma hüququ ilə birlikdə bir illik icarəyə götürmək niyyətindədir.
“Mançester Yunayted” isə birbaşa satış istəyir. Klub Reşfordu 40 milyon avro qarşılığında buraxmağa hazırdır.
27 yaşlı futbolçu bu mövsüm 41 oyunda 11 qol vurub, 9 məhsuldar ötürmə edib.