EN

"Liverpul"un qapıçısı "Aston Villa"da Martinesi əvəz edə bilər

"Liverpul"un qapıçısı Kaomhin Kelleher karyerasını İngiltərə Premyer Liqasının digər klubunda davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, 26 yaşlı qolkiperlə “Aston Villa” klubu maraqlıdır.

Sözügedən komanda irlandiyalı qolkiperi 2024/2025 mövsümünün sonunda klubunu dəyişə biləcək argentinalı Emiliano Martinezin əvəzləyicisi kimi nəzərdən keçirir. “Aston Villa” artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Bu mövsüm Kaomhin Mersisayd nəhəngləri üçün 20 matçda iştirak edib. Qapıçı 9 oyunda 20 qol buraxıb və 9 qolunu təmiz saxlayıb.

Chosen
0
90deqiqe.az

1Sources