Bakı. Trend:
Futbol üzrə Misli Premyer Liqasında 2024-2025-ci illərmövsümünün qalibi olan "Qarabağ" komandası mükafatlandırılıb.
Trend-inməlumatına görə, Ağdam təmsilçisi XXXV turda “Azersun Arena”da"Kəpəz"lə baş tutan oyundan sonra qızıl medallara layiq görülüb.12-ci dəfə ölkə çempionluğunu təmin etmiş “Qarabağ” komandasınaqızıl medallarla yanaşı, çempionluq kuboku təqdim olunub.
Mükafatları futbolçulara AFFA-nın baş katibi CahangirFərəcullayev, icraçı vitse-prezident Sərxan Hacıyev və digər rəsmişəxslər təqdim ediblər.
Qeyd edək ki, mövsümü ilk pillədə başa vuran "Qarabağ" növbətiil ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.