"Qalatasaray" futbol komandası 25-ci dəfə Türkiyə çempionu olub.
"Report"un məlumatına görə, bu, "sarı-qırmızılar"ın Superliqanın 36-cı turunun oyununda "Kayserispor"u məğlub etməsi (3:0) sayəsində rəsmiləşib.
Xallarının sayını 89-a çatdıran İstanbul klubu əzəli rəqibi "Fənərbağça" üçün əlçatmaz olub.