Nigeriyanın cənub-qərbində Niger çayında bərə aşıb.
Ölkə.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Cable” nəşri məlumat yayıb.
Məlumata görə, bərənin aşması nəticəsində 37 nəfər batıb.
Bərənin aşmasına səbəb kimi, onun həddən artıq yüklənməsi olub.
Hadisə yerində axtarış-xilasetmə işlərinə başlanılıb.