EN

Çin rəsmisi robotların gələcəyi ilə bağlı açıqlama verib

Son illərdə artan insansı robotların gələcəkdə insanların işlərini əllərindən alacağı ilə bağlı narahatlıqlar artır. 

Valyuta.az xəbər verir ki, Pekin iqtisadi və texnoloji inkişaf zonasının müdir müavini Lyanq Lyanq robotların insanlara rəqib deyil, dəstəkçi kimi fəaliyyət göstərəcəyini vurğulayaraq genişmiqyaslı işsizlik narahatlıqlarına aydın cavab verib.

“Robotların insanları işsiz qoyacağına inanmırıq. Onlar daha çox məhsuldarlığı artıracaq və təhlükəli, yaxud insanların çətinliklə yerinə yetirə biləcəyi tapşırıqları üzərinə götürəcəklər,” – deyə Lyanq mətbuata verdiyi açıqlamada bildirib.

Lyanq əlavə edib ki, maşınlar gecə saatlarında fasiləsiz işləməklə insanlara daha sərfəli və istifadəçi dostu məhsullar təqdim edə bilər. Bu texnoloji irəliləyişlərin isə Çinin gələcək inkişaf strategiyasının əsas sütunlarından biri olduğunu qeyd edib.

O, həmçinin ötən ay Pekində keçirilən dünyanın ilk robot yarımmarafonunu xatırladaraq bildirib ki, bu tədbir robotların insanlarla rəqabət aparmaq üçün deyil, onlara yoldaşlıq edə bilən texnologiyalar kimi dizayn olunduğunu göstərmək məqsədi daşıyırdı. Marafonda insanlar və robotlar ayrı iştirak edib, hər biri öz imkanlarını sınayıb, lakin rəqabət aparmayıb.

“Gələcək də məhz bu cür olacaq,” – deyə Lyanq yekunlaşdırıb.

Sərvanə Rəmixanova

Chosen
0
valyuta.az

1Sources