EN

Bakıda İsrail-Suriya danışıqları baş tutub

İsrail və Suriya yaxın günlərdə Bakıda birbaşa danışıqlar aparıblar.

Operativ Media xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən xəbər verir .

Bildirilir ki, görüşdə İsrail Müdafiə Qüvvələrinin Əməliyyatlar İdarəsinin rəisi general-mayor Oded Basyuk və Suriyalı rəsmilər iştirak ediblər.

Həmçinin, görüşdə Türkiyə nümayəndələrinin də iştirak etdiyi qeyd olunur.

Qeyd edək ki, Suriya Prezidenti Əhməd əl-Şəraa isə yaxın günlərdə Səudiyyə Ərəbistanında ABŞ Prezidenti Donald Tramp ilə keçirdiyi görüşdən sonra İsraillə eskalasiyanın qarşısını almaq məqsədilə dolayı danışıqları təsdiqləyib.

Chosen
0
34
operativmedia.az

10Sources