Kalininqradda 2008-ci ildə döyüş sambosu üzrə Rusiya çempionatının bürünc mükafatçısı Aleksey Qonçarov karaoke klubunun əməkdaşını döyməkdə ittiham olunaraq həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə vilayət məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl məlumat yayılmışdı ki, mayın 8-nə keçən gecə Kalininqradın “Eyforiya” klubunda Qonçarov və onun iki yoldaşı hesabı ödəməkdən imtina edib və müəssisənin meneceri ondan tələb olunan məbləği ödəməyi tələb etdikdə samboçu onun üzünə zərbə endirib, nəticədə o, sol göz nahiyəsindən iki sınıq alıb. İstintaq versiyası bunu təsdiqləyir. Qonçarova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 112-ci maddəsinin 1-ci hissəsi, “Qəsdən sağlamlığa orta ağır zərər vurma” ilə cinayət işi açılıb.