EN

Makron: Rusiya Ukrayna danışıqlarında sadəcə vaxt udmağa çalışır

Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukraynadakı münaqişəni həll etmək niyyətinin səmimiliyini şübhə altına alıb və deyib ki, Moskva danışıqlarda “sadəcə vaxt udmağa çalışır”.

NOCOMMENT.az xəbər verir ki, Fransa lideri bu barədə “X” sosial şəbəkəsində bildirib.

“Rusiya Ukrayna ilə atəşkəs və dialoqdan imtina etməklə sülh istəmədiyini göstərir və sadəcə vaxt udmağa çalışır”, – Fransa prezidenti bildirib.

Makron əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın irəli sürdüyü “şərtsiz atəşkəs təklifinə bir daha cavab verməkdən imtina edir”.

Chosen
0
50
nocomment.az

10Sources