İsrail Müdafiə Qüvvələri Yəmənin qərb sahillərində yerləşən Hodeyda, Ras İsa və Əs-Səlif şəhərlərinə hücum edib.
Publika.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Məlumata görə, bu, husilərin İsrailə raket zərbələri endirməyə davam etməsinə cavab olub.
Zərbələrdən əvvəl İsrail ordusunun yerli sakinləri təxliyə olmağa çağırmadığı bildirilib.