EN

İsraildən Makrona reaksiya: Sizdən daha çox əxlaqsızlıq etmirik

İsrailin baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronun Təl-Əviv rəhbərliyinin Qəzza zolağına üç aydır tətbiq etdiyi humanitar yardım embarqosunun qəbuledilməz və utanc verici olduğu barədə açıqlamasına reaksiya verib.

Turkustan.az xəbər verir ki, Netanyahu Makronu HƏMAS-ın yanında olmaqda ittiham edib və bildirib ki, o, İsrailin girovlarının azad edilməsini təmin etmək, HƏMAS-ı məğlub etmək və Qəzzanın İsrail üçün heç bir təhlükə yaratmamasını təmin etmək kimi məqsədlərinə sadiq qalır.

İsrail Baş Nazirlik İdarəsindən verilən açıqlamada Makronun HƏMAS-ın təbliğatı apardığı iddia edilib.

Makronun 19 aydır Qəzza zolağına hücumlar həyata keçirən İsrail hökumətinin humanitar yardım embarqosunu "qəbuledilməz" kimi tənqid etməsi ilə "Qərb demokratik düşərgəsinə dəstək vermək əvəzinə İsrailin təslim olmasını tələb etdiyi" iddia edilib.

İsrailin müdafiə naziri Yisrael Katz da Makronun İsrailin Qəzzaya humanitar yardımın aparılmasına mane olması ilə bağlı tənqidinə cavab verib.

Makronun vəzifəsinin İsraili dəstəkləmək olduğunu müdafiə edən Katz İsrail ordusunun Fransa ordusunun keçmişdə etdiyindən daha əxlaqsızlıq etmədiyini iddia edib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
0
50
turkustan.az

10Sources