EN

Boşanma uşaqlarda bir sıra psixoloji problemlərin yaranmasına gətirib çıxardır - SN

Bakı. Trend:

Boşanma uşaqların psixologiyasına dərin və uzunmüddətli təsirgöstərən sosial hadisədir və bir sıra psixoloji problemlərinyaranmasına gətirib çıxardır.

Trendxəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqramhesabında canlı yayımda Səhiyyə Nazirliyi 2 nömrəli KlinikPsixiatriya Xəstəxanasının Baş həkimi Leyla Bəşirova açıqlayıb.

Onun sözlərinə görə, bu, uşaqlar üçün böyük bir psixolojitravmadır:

“Bunun nəticəsində uşaqlarda özünəgüvən hissi aşağı düşür,özünəqapanma, özünü günahlandırma müşahidə edilir. Uşaqlardaana-ata ayrılığının yaratdığı stres, ümumilikdə ayrılığın sonrakıilk günlərindən deyil, daha sonrakı vaxtlarda ortaya çıxır. Həttabu travma illər sonra da davam edə bilər”.
L.Bəşirova bildirib ki, uşaqları bu gərginlikdən uzaq tutmaq,psixologiyalarına mənfi təsiri azaltmaq üçün ilk növbədəvalideynlər uşaqları ilə söhbətlər aparmalıdır:

“Boşanmada onların günahı olmadığını izah etməli və hər ikivalideynin onları sevməyə davam edəcəyini aydın şəkildəbildirməlidilər. Valideynlərin münaqişədən qaçması, uşaqlarımübahisələrin mərkəzinə yerləşdirməməsi, valideynlərin bir-biri iləsağlam ünsiyyət qurması boşanma prossesində uşaqların emosionaldayanıqlığını təmin edə bilər”.

Məqalədə:
Chosen
0
6
az.trend.az

7Sources