EN

Makron hərbi əməliyyatlar başa çatdıqdan sonra Putinlə danışıqlara hazırdır » AzadMedia.az



Makron atəşkəsdən sonra Putinlə danışıqlara hazır olduğunu bəyan edib

Fransa prezidenti Emmanuel Makron atəşkəs rejiminin yaradılmasından sonra Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bəyan edib. Fransa lideri bu barədə TF1 kanalına müsahibəsində məlumat verib.

"Bəli, əlbəttə ki, mən bunu şəffaf şəkildə, (Vladimir) Zelenski və avropalı tərəfdaşlarla koordinasiyada edəcəyəm. Onunla (Putin) dialoq lazımdır", - Makron hərbi əməliyyatların dayandırıldığı təqdirdə Rusiya lideri ilə danışıqların mümkünlüyü barədə sualı cavablandırarkən vurğulayıb.

Ötən gün Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Ukraynada atəşkəsdən imtina etməsi halında Avropa ölkələrinin mümkün yeni sanksiyaları ilə bağlı sualı cavablandırarkən, Rusiya Federasiyasına münasibətdə ultimatum dilindən istifadənin qəbuledilməz olduğunu bildirib.

Mayın 11-də Rusiya prezidenti Vladimir Putin gecə çıxışı zamanı Ukraynaya 2022-ci ilin yazında dayandırılmış birbaşa danışıqlara qayıtmağı təklif edib.
Chosen
0
50
azadmedia.az

10Sources