EN

Latviyanın BLAZE tutucu PUA-sı – TƏHLİL

Son dövrlərdə xaricdə digər PUA-ları və ya yüksək dəqiqlikli silahları tutmaq üçün nəzərdə tutulmuş yüngül pilotsuz uçuş aparatının (PUA) konsepsiyası fəal şəkildə inkişaf etdirilir.

“Poliqon”un məlumatına görə, bu qəbildən başqa bir nümunəni bu yaxınlarda Latviyanın “Origin Robotics” şirkəti təqdim edib.

O, yüksək döyüş keyfiyyətlərini və qənaətcilliyi özündə birləşdirən BLAZE (ALOV) adlı perspektivli məhsulu hazırlayıb və sınaqdan keçirib.

Yeni tutma və məhvetmə vasitəsi

Kiçik, lakin ölümcül dəqiqliyə malik olan yeni BLAZE PUA hava təhlükələrini tapır və insan müdaxiləsi olmadan onları məhv edir. O, saniyələr ərzində havaya qalxır, avtonom işləyir və hava hücumundan müdafiə (HHM) raketlərindən bir neçə dəfə ucuz başa gəlir. Bu, köhnə müdafiə sistemlərinin öhdəsindən gələ bilmədiyi dronların hücumuna real cavabdır.

BLAZE adlandırılan PUA artıq real şəraitdə istifadəyə hazırdır. Bu kompakt və qənaətcil bir həlldir. PUA insan iştirakı olmadan düşmən obyektinu izləyir, ona yaxınlaşır və onu zərərsizləşdirmək üçün yaxınlığında partlayır.

496390403PUA-nın yaradıcısı Latviyanın “Origin Robotics” şirkətidir. Şirkət bir müddət əvvəl Riqada yaradılıb və dərhal PUA-ların hazırlanmasına başlayıb. O, əvvəllər döyüş bölgələrində fəal şəkildə istifadə olunan BEAK PUA-sını da (kvadrokopterini) hazırlayıb. BEAK kvadrokopteri hazır komponentlərdən hazırlanıb və yüngül döyüş yükü daşımağa qadirdir. İndiyə qədər bu PUA kiçik seriyalı istehsala çatıb və hətta Ukraynaya da tədarük edilib.

Yeni BLAZE müasir münaqişələrdə öyrənilmiş təcrübədən ilhamlanıb və döyüş meydanında konkret tapşırıqlarl həll etmək üçün nəzərdə tutulub və düşmən tərəfindən PUA-ların kütləvi istifadəsinə güclü cavab kimi düşünülüb.

Kiçik dronlar indi ciddi problemdir: çoxçaylıdır, ucuzdur və ciddi ziyan vurur. Ənənəvi HHM sistemləri hədəf axınının öhdəsindən gələ bilmir, çünki hər bir raket onlarla dəfə baha başa gəlir, bu da onları daha az almaq deməkdir. BLAZE PUA isə bu problemi həll edir – effektivdir və eyni zamanda məhv etmək üçün nəzərdə tutulmuş texnikalardan xeyli ucuzdur.

BLAZE layihəsi yüngül çəkisi olan tutucu PUA-nın yaradılmasını nəzərdə tutur. Belə bir məhsuldan daha ağır siniflərə aid uçan zərbə PUA-larına və ya oxşar ölçü və çəkiyə malik digər hava hədəflərinə hücum etmək üçün istifadə edilməsi təklif edilir.

Aparatın açılması da asandır. Digər hərbi yeniliklər uzun hazırlıq və təcrübəli pilotlar tələb etsə də, burada hər şey elə qurulub ki, buraxılış minimum vaxt və səy tələb etsin. Ciddi logistika olmadan geniş miqyasda istifadə edilə bilər ki, bu da hava hücumlarına qarşı müdafiəsini təcili gücləndirən ölkələr üçün xüsusilə vacibdir.

PUA-nın tapşırığı təhlükəsiz şəkildə tamamlaması kimi əlavə bir funksiyası da var. Təhlükə aradan qalxarsa və ya hücumu dayandırmaq əmri verilərsə, PUA dost hədəflərdən ya geri qayıda, ya da özünü məhv edə bilər. Bu, onun öz infrastrukturuna təsadüfi ziyan vurma ehtimalını azaldır.

İstehsalçı artıq NATO ölkələrinin orduları ilə dialoq aparır. Xüsusilə hava hücumlarının artması fonunda texnologiyaya maraq artır. “Origin Robotics” şirkəti hesab edir ki, BLAZE PUA ağır sistemləri əvəz etməyəcək, əksinə onları tamamlayacaq. Bu yolla hərbiçilər həssas istiqamətləri bağlayacaq və xərcləri azaldacaq. Aparat yüngül, ağıllı, möhkəmdir və real döyüş üçün layihələndirilib.

496340087Yaradıcıların fikrincə, BLAZE PUA zenit artilleriyası və tamhüquqlu raket kompleksləri arasında taktiki yer tutmalıdır. Beləliklə, pilotsuz tutucu daha geniş atəş məsafəsi və artan döyüş başlığı gücünə görə istənilən topdan yaxşı seçilir. Eyni zamanda, müqayisə edilə bilən və ya daha yüksək xüsusiyyətlərə malik zenit raketlərindən bir neçə və ya onlarla dəfə ucuzdur.

Bundan başqa, layihənin iqtisadi hissəsini formalaşdırarkən məqsədlərin xüsusiyyətləri nəzərə alınıb. BLAZE məmulatı ağır hücum PUA-sı şəklində tipik hava hədəfindən ən azı 10 dəfə ucuz olmalıdır. Bildirilir ki, bu layihə məqsədləri uğurla yerinə yetirilib, lakin tutucunun dəqiq dəyəri hələ açıqlanmayıb.

Hazırda BLAZE layihəsi sınaq nümunələrinin yığılması və sınaqdan keçirilməsi mərhələsinə çatıb. İstehsalçının rəsmi materiallarına PUA-ların poliqonda uçuşa hazırlıq prosesi, qalxması və uçuşu, eləcə də təlim hədəfini vurmazdan əvvəl son anlarını göstərən fotoşəkillər və videolar daxildir.

Yaradıcı şirkət yaxın vaxtlarda yeni PUA üzərində işləri başa çatdırmağı və onu bazara çıxarmağı planlaşdırır. BLAZE sistemi ilk növbədə Ukraynaya hazır təklif olunacaq.

Pilotsuz sistemin tərkib hissələri

BLAZE layihəsi tutucu PUA-nın özünün və bir sıra köməkçi avadanlıqların hazırlanmasını əhatə edir. O, nəqletmə-buraxma konteyneri, operator pultu və bir neçə başqa qurğudan ibarətdir. Sistem istənilən uyğun nəqliyyat vasitəsi ilə daşına və tez istifadəyə hazırlana bilir.

Tutucu sistemin əsasını orijinal PUA təşkil edir. Quyruq sxeminə uyğun olaraq hazırlanmışdır, buna görə eyni zamanda təyyarə və kvadrokopter xüsusiyyətlərinə malikdir. Bundan əlavə, aparat hər iki sinif avadanlıqların uçuş keyfiyyətlərini özündə birləşdirir.

PUA-nın gövdəsi plastik və ya kompozitdən hazırlanır. Onun əsasını dörd qanadın və oxşar konstruksiyalı stabilizatorun bağlandığı rasional gövdə təşkil edir. Cihazın burnunda hədəfin axtarışı və istiqamətləndirilməsi üçün optik-elektron sistem var. Qalan həcmlərdə idarəetmə cihazları, batareya və döyüş başlığı var.

Dörd sabit pərvanə-mühərrik qrupu qanadların uclarında yerləşir. Adı açıqlanmayan elektrik mühərrikləri ümumi akkumulyatorla işləyir. Bu hərəkət sistemi aparatın şaquli olaraq qalxmasına və üfüqi uçuşa keçməsinə imkan verir. Dəyişən rejimlər və manevrlər müxtəlif mühərriklərin təkanlarının sinxron və ya differensial dəyişiklikləri ilə həyata keçirilir.

BLAZE PUA-nın dəqiq uçuş xüsusiyyətləri hələ dərc edilməyib. Bununla belə, nəzərdə tutulan məqsədlər diapazonu aşkarlanıb və bu məlumat tələb olunan parametrləri təqdim etməyə imkan verir. Tutucu ən azı 200-250 km/saat sürətlə uçmalı, uçuş məsafəsi isə 5-7 km-dən çox olmalıdır.

“Origin Robotics” şirkəti kombinələşmiş hədəf axtarma və tuşlama sistemini təklif edir. PUA-nın burnunda iki sərbəstlik dərəcəsi olan miniatür optik-elektron sistem (OES) və aktiv radiolokasiya özütuşlama başlığı (ARÖTB) var. Hava məkanı OES-də kamera və termal görüntü cihazından istifadə etməklə tədqiq edilir. Öz növbəsində, ARÖTB hədəfi tutmağa və məhv etməyə məsuldur.

Bütün rejimlərdə OES-dən video siqnal və ARÖTB-dən gələn məlumatlar radiokanal vasitəsilə operatorun pultuna ötürülür. Operator PUA-nın işinə nəzarət edə və komandalar verə bilir. Bundan başqa, hədəfləri tapmağı və tanımağı asanlaşdıran süni intellekt proqramı da mövcuddur. Bununla belə, hücumun həyata keçirilməsi ilə bağlı son qərar operatorda qalır.

496847961PUA məhdud ölçülü qəlpəli-fuqas döyüş başlığına malikdir. Partlayış hədəflə təmasda olduqda və ya onun yaxınlığından keçərkən baş verir. Lazım gələrsə, PUA partlamadan, sadə bir zərbə ilə hədəfi vura bilir.

BLAZE PUA portativ konteynerə yerləşdirilir, bir neçə saniyə ərzində start götürür və birbaşa konteynerdən qalxır. Konteynerin aşağı hissəsi bir növ buraxma masası kimi nəzərdə tutulub, yuxarı hissəsi isə çıxarıla bilən qapaqdır. Mövqedə yerləşdirildikdən sonra PUA-nın ilk buraxılışına hazırlıq 5 dəqiqədən çox çəkmir. Sonrakı startlar 1 dəqiqəlik fasilələrlə həyata keçirilə bilər. O, sensorlar və vizual tanınma sistemi ilə təchiz olunub ki, bu da ona təhlükəni dərhal müəyyən etməyə, onu izləməyə və hədəfə doğru getməyə imkan verir. Lazım gələrsə, nəzarət operatora ötürülə bilir.

BLAZE PUA özü sərbəst və heç bir qurğunun köməyi olmadan havaya qalxır. O, həmçinin hədəf tapılmadıqda və ya operator onu başqa səbəbdən geri qaytarmağa qərar verərsə, şaquli eniş həyata keçirməyə qadirdir.

PUA sahəsində yeni həll

Digər PUA-lar və ya oxşar hava hədəfləri ilə mübarizə aparmağa qadir olan xüsusi tutucu PUA konsepsiyası nisbətən yenidir, lakin artıq populyarlıq qazanır. Müxtəlif ölkələrin şirkətləri bu cür texnikalar üçün öz layihələrini hazırlayırlar və indi Latviyadan olan “Origin Robotics” şirkəti tərəfindən yeni tutucu təqdim edilib.

BLAZE layihəsi nəzəri olaraq istənilən nəticələri əldə etməyə imkan verən bir neçə maraqlı ideyaya əsaslanır. Təklif olunan PUA-nın istehsalı və istismarı kifayət qədər sadədir, məhdud qiymətə malik olmalı və eyni zamanda kifayət qədər döyüş keyfiyyətləri nümayiş etdirməlidir. Yaradıcı şirkət eyni zamanda iki tuşlama sisteminin olması ilə təmin edilən yüksək tutma ehtimalını da gözləyir.

Son sınaqlar zamanı BLAZE kiçik kvadrokopterə tuşlanma qabiliyyətini nümayiş etdirib. Yaradıcılar belə bir PUA-nın daha böyük və daha az manevr edə bilən hədəflərlə də mübarizə apara biləcəyinə inanırlar. İlk növbədə, məlum səbəblərdən, belə hədəf qisimdə Rusiyanın “Geran” və ya İran “Şahed” PUA-ları baxılır.

496798581Eyni zamanda, təklif olunan PUA-nın çatışmazlıqları ola bilər. İlk növbədə, yaradıcı şirkətə suallar yaranır. Onun pilotsuz uçuş aparatlarının və idarəetmə sistemlərinin yaradılmasında böyük təcrübəsi yoxdur. Bu, həm BLAZE PUA-nın özünün, həm də onu müşayiət edən cihazların real imkanlarına şübhə yaradır. Xüsusilə, operatora kömək etməli və PUA-nı hədəfə doğru tuşlamalı olan süni intellektə əsaslanan proqram təminatının effektivliyi sual altındadır.

BLAZE PUA-sı bu sinif texnikalar üçün yüksək uçuş xüsusiyyətlərinə malikdir, lakin onlar kifayət etməyə bilər. Belə ki, saatda 250 km-ə qədər sürətlə uçan tutucu PUA müasir qanadlı raketə və ya idarə olunan bombaya çata bilməyəcək. Bundan başqa, zərbə PUA-ları getdikcə uçuş sürətini artırır və bir sıra belə modellər artıq BLAZE PUA üçün əlçatmazdır.

Mövcud şəraitin aktual tendensiyaları

“Origin Robotics” şirkəti yeni tutucu PUA hazırlayıb və sınaqlarını başa çatdırıb, həmçinin müştəriləri axtarmağa başlayıb. BLAZE PUA-nın gələcəyinin necə olacağı hələ məlum deyil. Bununla belə, bu layihənin yaranması faktının özü və onun bəzi xüsusiyyətləri maraqlı tendensiyaların mövcudluğunu nümayiş etdirir.

Aydındır ki, PUA-ları tutmaq üçün pilotsuz uçuş aparatı konsepsiyası populyarlıq qazanır. Hətta pilotsuz aviasiya sahəsində çox təcrübəsi olmayan şirkətlər və ölkələr də bu işlə məşğul olmağa başlayır. Bundan başqa, təsvirin tanınması üçün süni intellekt kimi perspektivli texnologiyalar da populyarlıq qazanır. Ancaq bu sahəyə yeni gələnlərin bütün inkişafların tam potensialını reallaşdıra biləcəkləri və öz gözləntilərini doğrulda biləcəkləri hələlik məlum deyil.

Əhəd Vahidoğlu

Chosen
0
28
poliqon.az

10Sources