EN

Dövlət büdcəsinə vergi daxilolmaları 4 faiz artıb

BAKI, 12 may. TELEQRAF

Bu ilin yanvar-aprel aylarında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 6 milyard 923,5 milyon manata yaxın vergi daxil olub.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 266,1 milyon manat və ya 4,0 faiz artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 4 milyard 948,0 milyon manatdan çox təşkil edib. 2024-cü ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 425,4 milyon manat və ya 9,4 faiz çox olub.

Ödənilən vergilərin 71,5 faizi qeyri-neft-qaz sektorunun, 28,5 faizi isə neft-qaz sektorunun payına düşüb.

Chosen
0
13
teleqraf.com

10Sources