Bakı. Trend:
"Google" şirkəti Texas ştatına istifadəçi məlumatlarınınməxfilik qaydalarının pozulması iddialarının həlli çərçivəsində1,375 milyard dollar cərimə ödəməyə razılıq verib.
Trend xəbər verir ki, bubarədə "The Verge" nəşri məlumat yayıb.
2022-ci ildə Texas Baş Prokurorluğu "Google"a qarşıistifadəçilərin şəxsi məlumatlarının qanunsuz şəkildə izlənilməsivə toplanması ittihamı ilə iki iddia qaldırıb.
1,375 milyard dollar məbləğində cərimə "Google"un ABŞ-nin fərdiştatına məxfilik pozuntuları ilə bağlı ödədiyi ən böyük məbləğdir.Əvvəlki rekord isə 93 milyon dollar təşkil edib.