EN

ABŞ və Çin ticarət kəsirinin azaldılmasına dair razılaşmanı elan ediblər

Bakı. Trend:

ABŞ və Çin nümayəndələri Cenevrədə iki günlük danışıqlarınardınca ticarət kəsirinin azaldılmasına dair razılaşmanı elanediblər və detallar bazar ertəsi açıqlanacaq.

Trend xəbər verir ki, bubarədə danışıqlarda iştirak edən Amerika nümayəndə heyətininrəsmilərinə istinadən “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, razılaşma ABŞ-nin 1,2 trilyon dollarlıq ticarətkəsirini azaltmağa kömək edəcək.

ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, ikitərəflitariflər çox yüksəkdir və iki ölkə arasında ticarət gərginliyiniazaltmaq üçün səylərin bir hissəsi kimi azaldılmalıdır. Hazırda o,razılaşmanın əlavə təfərrüatlarını verməkdən imtina edib vəməlumatın bazar ertəsi açıqlanacağını bildirib.

ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir isə vurğulayıb ki,tərəflər arasındakı fərqlərin “əvvəllər düşünüldüyü qədər böyükolmadığı” ortaya çıxıb.

Qeyd edək ki, aprel ayında ABŞ Prezidenti Donald Tramp Çinidxalına tarifləri 145%-ə qaldırmışdı, Çin isə cavab olaraq ABŞməhsullarına 125% rüsum tətbiq etmişdi. Bu qarşılıqlı addımlarnəticəsində, keçən il 660 milyard dollardan çox olan ikitərəfliticarət faktiki olaraq iflic vəziyyətə düşmüşdü.

Danışıqlardan əvvəl Tramp “Truth” sosial şəbəkəsində tarifləri80%-ə endirməyə hazır olduğunu bildirmişdi. Xatırladaq ki, Tramphələ ilk prezidentliyi dövründə Çinə qarşı “tarif müharibəsi”nəstart vermiş və Pekini haqsız rəqabətdə, texnologiya oğurluğunda vədövlət subsidiyalarından sui-istifadədə ittiham etmişdi.

Pekin isə bu ittihamları əsassız sayır və bildirir ki, Trampyalnız Çinə deyil, digər ölkələrə qarşı da yüksək tariflər tətbiqedib.

ABŞ-nin Çinlə olan ticarət kəsiri 2024-cü ildə 263 milyarddollar təşkil edib.

Chosen
0
az.trend.az

1Sources