EN

İran və ABŞ razılığa gəldilər

İran və ABŞ yaxın vaxtlarda İranın nüvə proqramı ilə bağlı danışıqların beşinci mərhələsini keçirəcək.

Publika.az xəbər verir ki, bu barədə IRIB telekanalı məlumat yayıb.

"Tərəflər razılaşıblar ki, danışıqların növbəti raundu yaxın vaxtlarda iki ölkə arasında koordinasiyadan sonra Omandan olan koordinatorun əməkdaşlığı ilə baş tutsun", - məlumatda deyilir.

Mayın 11-də Oman tərəfinin vasitəçiliyi ilə Maskatda ABŞ və İran arasında dolayı danışıqların dördüncü raundu keçirilib. İki həftəlik fasilədən sonra danışıqlar davam etdirilib. Tehran və Vaşinqton arasında dolayı danışıqların birinci və üçüncü raundu müvafiq olaraq aprelin 12 və 26-da Omanda, ikincisi isə aprelin 19-da İtaliyanın paytaxtı Romada keçirilib.

Chosen
0
publika.az

1Sources