EN

İran və ABŞ arasında danışıqlar faydalı idi - İran xarici işlər naziri

Bakı. Trend:

İran və ABŞ arasında dolayı şəkildə təşkil olunan danışıqların4-cü raundunda çox faydalı müzakirələr aparıldığını söyləməkolar.

Trend-inməlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçiİran mediasına açıqlamasında deyib.

Onun sözlərinə görə, müzakirələrin 4-cü raundunda iki tərəfartıq ümumi məsələlərdən keçərək detallara daxil olub. Belə birşəraitdə müzakirələr daha da mürəkkəbləşir.

Araqçi bildirib ki, iki tərəf müzakirələrdə bir-birininmövqeyini daha yaxşı anlayır. İxtilaflı məsələlərin əksəriyyətihaqda danışıqlar aparılıb, daha çox cəhətlər açılıb. Demək olarmövqelər yaxınlaşıb.

“Fikrimcə müzakirələri irəliyə doğru qiymətləndirmək mümkündür.Biz müzakirələrin davam etməsini qərara aldıq. Hər iki tərəfnövbəti raund haqda razılığını bildirib. Lakin məkanı və zamanıOman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəiditərəfindən müəyyənləşəcək”, - deyə o qeyd edib.

Qeyd edək ki, 12, 19, 26 aprel və 11 may tarixlərində İran vəABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin4 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xariciişlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndəheyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndəheyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi StivUitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cüraundu Oman paytaxtı Məsqətdə, 2-ci raundu isə İtaliya paytaxtıRomada baş tutub.

Məqalədə:
Chosen
0
50
az.trend.az

10Sources