EN

Əraqçi ABŞ ilə danışıqlar üçün Omana getdi

İranın xarici işlər naziri Abbas Əraqçi Omana gedib.

Publika.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib.

Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların dördüncü raundu bu gün günorta saatlarında Omanın paytaxtı Maskatda başlayacaq.

Chosen
0
50
publika.az

10Sources