EN

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış edib

Bakı. Trend:

Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalarıniştirakı ilə baş verən qəzaların sayı ötən ilin müvafiq dövrü iləmüqayisədə azalsa da, ümumilikdə bu sahədə qabaqlayıcı tədbirləringörülməsinə hər zaman ehtiyac var.

Trend-inməlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ)piyadalara ünvanlanan müraciətində bildirilib.

Bildirilib ki, bu məqsədlə may ayının 12-dən 19-dək respublikaərazisində “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətintəhlükəsizliyi həftəliyi keçiriləcək.

Tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkətiqaydalarının pozulması hallarına qarşı nəzarət-profilaktiktədbirlərin artırılması ilə yanaşı, əhali arasındatəbliğat-təşviqat və maarifləndirmə işlərinin daha dagücləndirilməsi nəzərdə tutulur.

“Baş Dövlət Yol Polisi İdarəsi bir daha piydaları diqqətliolmağa çağırır, eyni zamanda ictimai təsisatları, xüsusilə mediasubyektlərini sözügedən tədbir çərçivəsində birgə əməkdaşlığa dəvətedir”, deyə müraciətdə qeyd olunub.

Chosen
0
12
az.trend.az

10Sources