EN

Şəkiyə gələnlərin yol sarıdan daha çətinliyi olmayacaq - FOTO

Şəki şəhərində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə əlaqədar on ildən artıq idi ki, daxili yollar bərbad vəziyyətdə idi. Şəhərə gələn yerli və xarici turistlər şəhərətrafı dairəvi yol istisna olmaqla hərəkətdə çətinliklər yaşayır, yol infrasturukturunun bərbad olması ilə bağlı dəfələrlə sosial şəbəkə və media orqanlarında təəssüfedici, tənqidi yanaşırdılar.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, artıq yaz-yay aylarından etibarən Şəkinin əksər daxili küçə və prospektləri yenidən qurulur. Yollar asfatlanır, piyada səkiləri yenisi ilə əvəzlənir, yaşlı ağaclarda budama işləri aparılır.
 

Şəhər ərazisində yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində yolların xətlənməsi işləri da davam etdirilir.


Bir sözlə Şəkiyə gələnlərin yol sarıdan daha çətinliyi olmayacaq.







Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Chosen
0
bizim.media

1Sources