EN

Tərtərdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə konsert təşkil edilib

Tərtər, 11 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Tərtər şəhərində konsert proqramı təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev adına parkda keçirilən konsertdə rayon sakinləri rəngarəng musiqi nömrələrini dinləyiblər. Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq mühafizə orqanlarının rəhbərlərinin, idarə, təşkilat və müəssisələrin kollektivlərinin, gənclərin, şəhid ailələrinin, qazilərin, hərbçilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən konsertdə əsl bayram ab-havası yaşanıb.

Chosen
0
azertag.az

1Sources