EN

Film kimi hadisə: 200 min dollarlıq brilyantı ZİBİLLİYƏ ATDI

İstanbulun Fatih rayonunda bir zərgərlik mağazasının işçisi mağazanın tullantılarını atarkən içərisində təxminən 200 min dollar dəyərində brilyant olan paketi də səhvən zibilə atıb.

Musavat.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. 

Hadisə 6 may tarixində Fatih rayonunun Molla Fənari məhəlləsində baş verib.

Qısa müddət sonra həmin ərazidən keçən kağız toplayan şəxs paketi götürərək uzaqlaşıb. Mağaza sahibi məhsullarda çatışmazlıq olduğunu anlayaraq polisə müraciət edib. Polis təhlükəsizlik kameralarını araşdıraraq qısa zamanda şübhəli şəxsi taparaq saxlayıb. Araşdırmalardan sonra o, sərbəst buraxılıb. Təxminən 200 min dollar dəyərində olan brilyantlar isə tam şəkildə zərgərlik mağazasının sahibinə təhvil verilib.

Musavat.com

Chosen
0
1
musavat.com

2Sources