İtaliyanın "İnter" klubu Fransanın "Marsel" komandasında çıxış edən braziliyalı vinger Luis Enrike ilə müqavilə bağlamağa yaxındır.
Offsideplus.az xəbər verir ki, Milan təmsilçisi 23 yaşlı futbolçu ilə 2030-cu ilə qədər nəzərdə tutulan uzunmüddətli müqavilə üzrə razılığa gəlib. Tərəflər illik 2,5 milyon avro maaşla razılaşıblar. İndi isə UEFA Çempionlar Liqasının finalçısı "Marsel" klubu ilə transfer məbləğini razılaşdırmalıdır ki, keçid rəsmiləşsin.
Luis Enrike hazırkı klubunda 2020-ci ilin sentyabrından çıxış edir. Daha əvvəl bildirilmişdi ki, "İnter"in baş məşqçisi Simone İnzaqi braziliyalı vingeri sağ cinah müdafiəçisi mövqeyində görür.