“Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə gecə boyu uzun davam edən danışıqlardan sonra məmnuniyyətlə elan edirəm ki, Hindistan və Pakistan tam və təcili atəşkəs barədə razılığa gəliblər”.
Xezerxeber.az-ın məlimatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
O hər iki ölkəyə sağlam düşüncə və ağıl sərgilədiyi üçün minətdarlığını bildirib.
ABŞ dövlət katibi Marko Rubio isə danışıqları vitse-prezident Cey Di Venslə birlikdə 48 saat müddətində hər iki ölkənin yüksək səviyyəli rəsmiləri ilə apardıqlarını açıqlayıb. Onun sözlərinə görə, atəşkəs razılığına gələn ölkələr neytral ərazidə geniş danışıqlara başlayacaqlar.