09.05.2025-ci il tarixində saat 16:00 radələrində Beyləqan rayonunda 1 nəfər azyaşlı (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 1news.az-ın APA-ya istinadən xəbərinə görə, TƏBİB-dən bildirilib ki, 2025-ci il təvəllüdlü azyaşlıya atrofik vəziyyət diaqnozu təyin edilib. Həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 16:10-da azyaşlının ölüm faktı qeydə alınıb. 12:34 Beyləqan Mərkəzi rayon Xəstəxanasında körpə ölümü baş verib. 1news.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Belə ki, 2025-ci il təvəllüdlü körpə xəstəxanaya gətirilib. Onun səhhədi ağır olduğu üçün həyatını xilas etmək mümkün olmayıb. O, reanimasiya şöbəsində keçinib.