EN

Hərbi qulluqçulara mənzillər verilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan RespublikasıSilahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsiningücləndirilməsi tədbirləri barədə" müvafiq Fərmanının icrasınıntəmin edilməsi məqsədilə hərbi qulluqçulara daimi mənzillərinverilməsi üzrə həyata keçirilən fəaliyyətlər davam etdirilir.

Trend xəbər verir ki, bu barədə MüdafiəNazirliyi məlumat yayıb.

Bildirilib ki, 20 təqvim ili və daha çox qüsursuz xidmət etmişbir qrup hərbi qulluqçuya (hərbi xidmətdə olan, ehtiyata buraxılmışhərbi qulluqçulara və ya onların varislərinə) Sumqayıt şəhərindəyerləşən MİDA Yaşayış Kompleksindəki mənzillər təqdim olunub.

Qeyd edək ki, mənzil təminatı proqramı mərhələli şəkildə həyatakeçirilir və hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılmasıistiqamətində görülən işlər bundan sonra da davametdiriləcəkdir.

Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Məqalədə:
Chosen
0
21
az.trend.az

10Sources