EN

Azərbaycan Ukraynadan yenidən təbii bal almağa başlayıb

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycana Ukraynadan 20,16ton miqdarında təbii bal idxal edilib.

Trend-inDövlət Statistika Komitəsinin məlumatları əsasında apardığıhesablamalara görə, bu miqdarda məhsulun idxalına çəkilən xərc100,78 min ABŞ dolları təşkil edib.

Bu ilin ilk iki ayında Ukraynadan alınan balın bir kiloqramıüçün orta qiyməti 5 ABŞ dolları olub.

Ötən il ərzində Azərbaycana Ukraynadan təbii bal idxal edilməsədə, 2023-cü ildə bu ölkədən 550 kiloqram miqdarında, 4,31 min ABŞdolları dəyərində təbii bal idxal edilib. Bu dövrdə idxal olunmuşbalın bir kiloqramı üçün orta qiyməti 7,8 ABŞ dolları təşkiledib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana 41 ton miqdarında,196 min ABŞ dolları dəyərində təbii bal idxal edilib. Bu məhsul,əsasən, Ukrayna, Türkiyə və Rusiyadan alınıb.

Chosen
0
1
az.trend.az

2Sources