EN

Prezidentin mayın 8-də Şuşaya səfəri ermənilərə od qoyub

“Bu gün Prezident İlham Əliyevin həyat yoldaşı ilə Şuşaya baş çəkməsi məqsədli addım və bizə mesaj idi”.

Tribunainfo.az xəbər verir ki, bunu Yerevan.today saytının baş redaktoru Sevak Akopyan deyib.

O bildirib ki, dövlət başçısı və xanımının Şuşada çay içməsi ermənilərə Şuşanı unutmaladı barədə mesaj sayılmalıdır. “Əslində, Nikol Paşinyan da eyniylə Azərbaycanın yolunu gedir. O da bizə Şuşanı unutmağımızı istəyir”.

Akopyanın iddiasına görə, Paşinyanın Şuşa barəsində danışmamasının sərəncamı Bakıdan gəlib. “Əliyev bu gün Şuşanın “işğaldan azad edilməsini” qeyd etməməyi əmr edir. Gələn il isə 27 sentyabr və ya noyabrın 9-u Azərbaycanın Qələbə günü elan etməyi tapşıracaq”.

Fərda Uğur

Chosen
0
tribunainfo.az

1Sources