EN

Hindistan Pakistanı ballistik raketlərlə vurdu, Pakistan genişmiqyaslı hərbi əməliyyata başladı - düşmənin 4 hərbi bazası bombalandı… - VİDEO


Mayın 6-da Pakistan ərazisini raketlərlə hədəfə alan Hindistan bölgədə vəziyyəti daha da gərginləşdirən addımlar atmaqda davam edir.

Pakistan Ordusunun İctimai Əlaqələr Departamentinin (ISPR) baş direktoru general-leytenant Əhməd Şərif Çaudri Hindistanın Adampur kəndindən 6 ballistik raketin buraxıldığını bildirib. Çaudri qeyd edib ki, atılan raketlərdən biri Adampur rayonuna, digər beşi isə Pəncab əyalətinin Amritsar şəhərinə düşüb.

Hindistan ordusunun ölkədəki siqh icmasını hədəf aldığını bildirən general Əhməd Şərif Çaudri istənilən “terror aktını” qınadıqlarını bildirib. Çaudri gecə yarısından sonra keçirdiyi mətbuat brifinqində Hindistan raketlərinin İslamabaddakı Nur Xan Hərbi Hava Bazasını, Pəncabın Çakval bölgəsindəki Mureed Hava Bazasını və Şorkot Hava Bazasını hədəf aldığını, lakin Pakistan Hərbi Hava Qüvvələrinin təhlükəsizlikdə olduğunu bildirib.Çaudri General Çaudri Hindistana cavab verəcəklərini bildirib.

Generalın açıqlamasından qısa müddət sonra Pakistan dövlət televiziyası təhlükəsizlik mənbələrinə istinadən gözlənilən cavab hücumunun başladığını açıqlayıb. Hökumətin X hesabından da Pakistanın Hindistana qarşı "Bunyan Əl-Marsous Əməliyyatı"na başladığı bəyan edilib.

Hərbi mənbələr Pakistanın Hindistanın 4 hərbi bazasını hədəf aldığını bildirir.

Şahidlərin bildirdiyinə görə, Pakistanın şimal-qərbindəki Peşəvər şəhərində çoxsaylı partlayışlar eşidilib. Oxşar partlayışların Hindistanın Amritsar və Cammu şəhərlərində də eşidildiyi qeyd edilir.

TAHİR

Chosen
0
baki-xeber.com

1Sources