Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyat elan edib
Mayın 10-na keçən gecə Pakistan Hindistanın təcavüzünə cavab olaraq genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.
Moderator.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, bu haqda Pakistan hökuməti sosial mediada- "X" platformasında məlumat yayıb.
""Bənyan Əl-Marsus"("Sarsılmaz divar"- S.L.) əməliyyatı başladı"- məlumatda belə deyilir.
Pakistan dövlət televiziyası bildirib ki, Pakistan ordusu “Hindistan təcavüzü”nə cavab olaraq əməliyyatlara başlayıb.
Bu açıqlama Pakistanın Hindistanın onun hərbi hava bazalarına hücum etdiyini elan etməsindən qısa müddət sonra verilib.
Bundan dərhal sonra Pakistan hökuməti "X" şəbəkəsində “Hindistan Pakistanın cavabına hazırlaşmalıdır” xəbərdarlığı mesajı yerləşdirib.
"Pakistan silahlı qüvvələri vətəni, hava məkanını və milli təhlükəsizliyini müdafiə etməyə tam hazırdır", - mesajda deyilir.
Pakistan həmçinin Hindistanın Patankot aerodromunu və Udhampur aviabazasını vurduğunu bildirib.
Pakistan ordusunun rəsmiləri cavab addımı ataraq, Pakistana raket zərbələri endirdiyini bildirdikləri Hindistan Hərbi Hava Qüvvələrinin bazalarını hədəf aldıqlarını bildiriblər.
Xatırladılır ki, çərşənbə axşamı, mayın 6-da Hindistan Pakistan daxilindəki yaraqlıların bazalarına zərbələr endirməyə başladı. Pakistan qisas alacağına söz verib.
S.Laçın