EN

Azərbaycanın İkinci Dünya müharibəsində qələbəyə töhfəsi və Ermənistanda neofaşizmin təbliği

Bakı. Trend:

İkinci Dünya Müharibəsinin əsas siyasi nəticəsi faşizm üzərindəqələbə oldu. Azərbaycan əldə olunan ümumi və böyük qələbəyə xüsusitöhfə verib. Belə ki, o dövrdə 3.4 milyon əhalisi olanAzərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüşmeydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovetİttifaqı Qəhrəmanı adına layiq görülüb.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıKönül Nurullayeva deyib.

Millət vəkili xatırladıb ki, cəbhə xətti Bakıdan keçməyib,burada hərbi əməliyyatlar aparılmayıb, lakin insanların arxacəhbədəki fədakarlığı ön cəbhə qədər əhəmiyyətli olub:

“Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının80%-ni, hərbi texnika üçün yağların 96%-ni tədarük edib. Müharibəillərində Bakı neftçiləri gecə-gündüz dörd növbə ilə çalışaraq,cəbhəni neft məhsulları və yüksək keyfiyyətli yanacaqla fasiləsiztəmin etmək üçün fədakar mübarizə aparırdılar.

Müharibə illərində ümumilikdə 75 milyon ton neft hasil edilibki, bu da bütün sovet neftinin 3/4 hissəsini təşkil edirdi. 1940-cıildə Bakıda SSRİ-də istehsal olunan bütün yüksək dərəcəli aviasiyabenzininin 80 %-ə qədəri, ümumittifaq kerosinin 90%-i, sürtküyağlarının 96%-i istehsal olunurdu. Cəbhəyə lazım olan bütünyanacaq yalnız Bakıdan gəlirdi. Mühribənin gedişində böyük yanacaqitkisinə baxmayaraq, onun Bakıdan axını dayanmadı”.

Deputat vurğulayıb ki, İkinci Dünya müharibəsində qələbəyə töhfəverən ata-babalarımızın yetirmələri müstəqil Azərbaycanınsuverenliyi uğrunda da canlarından keçdilər.

“Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindəAzərbaycan ordusu böyük qələbəyə imza atdı və Cənubi Qafqazregionunda erməni faşizminin başını əzdi. Bütün bu reallıqlarfonunda diqqət çəkən və təəssüf doğuran bir məqam Ermənistandaneofaşizmin təbliğidir. Erməni faşizminin ideoloqu Qaregin Njdeyəİrəvanda qoyulan abidə faşizmin açıq şəkildə təbliğatıdır. Günahsızazərbaycanlıları və türkləri, İkinci Dünya müharibəsi zamanı sovetordusunun əsgərlərini, zabitlərini qətlə yetirən cəllada abidəqoyulması, qəhrəmanlaşdırılması bütün liberal dəyərlərə ziddir”, -deyə K.Nurullayeva qeyd edib.

Milli Məclisin deputatı Şahin Seyidzadə isəTrend-əaçıqlamasında deyib ki, bu tarixi zəfərdə Azərbaycan xalqı həmcəbhədə, həm də arxa cəbhədə misilsiz qəhrəmanlıq və fədakarlıqgöstərib:

“İkinci Dünya müharibəsi zamanı Azərbaycan nefti Sovetİttifaqının müdafiə sənayesinin və cəbhənin təminatında həlledicirol oynayıb. 1941-1945-ci illərdə SSRİ-də istifadə olunan neftməhsullarının təxminən 75-80 faizi məhz Azərbaycandan təminolunurdu. Bakı nefti tankları, təyyarələri və hərbi maşınları işləkvəziyyətdə saxlayan əsas yanacaq mənbəyi idi. Hətta Adolf HitlerinŞərqə hücum planında Bakının neft yataqları xüsusi strateji hədəfkimi göstərilirdi. Azərbaycan neftçilərinin fədakar əməyi sayəsindəmüharibə dövründə istehsal dayanmadı, əksinə daha dagücləndirildi”.

Millət vəkili vurğulayıb ki, tarixə hörmət və onusaxtalaşdırmamaq çağırışları bu gün də aktuallığını qoruyur:

“Faşist cəlladların qəhrəman kimi təqdim olunması beynəlxalqictimaiyyət tərəfindən qətiyyətlə pislənilməlidir. Ermənistandaİrəvanın mərkəzində faşistlərlə əməkdaşlıq edən və minlərləgünahsız insanın ölümündə əli olan Qaregin Njdeyə abidə ucaldılmasıbunun bariz nümunəsidir. Bu cür addımlar tarixi yaddaşın təhqiridirvə qlobal dəyərlərlə ziddiyyət təşkil edir”.

Deputat əlavə edib ki, Azərbaycan xalqı yalnız İkinci Dünyamüharibəsində deyil, müasir tarixdə də öz ərazi bütövlüyü və ədalətnaminə böyük zəfər qazanıb:

“2020-ci ildə aparılan Vətən Müharibəsi nəticəsində ölkəmiz 30ilə yaxın işğal altında qalan torpaqlarını azad edib və beynəlxalqhüququn bərpasına nail olub. Bu zəfər də xalqımızın əzmini,birliyini və haqq uğrunda apardığı mübarizəni əks etdirir.

Bu gün İkinci Dünya müharibəsində qazanılan qələbə anılarkən,tarixə düzgün münasibət, qəhrəmanlara ehtiram və tarixisaxtalaşdıran cəhdlərə qarşı sərt mövqe göstərmək əsasvəzifələrdəndir. Azərbaycan həm bu tarixi yaddaşı qorumaqda, həm dəçağdaş qəhrəmanlıq salnaməsini yazmaqda qürurla irəliləyir”, - deyəŞ.Seyidzadə fikrini tamamlayıb.

Chosen
0
az.trend.az

1Sources