2026-cı ildə keçiriləcək Dünya Kubokunda qrup mərhələsinin oyunlarına biletlərin qiyməti bəlli olub.
Offsideplus.az "Athletic" nəşrinə istinadən xəbər verir ki, biletlərin ortalama qiyməti 305 dollardan başlayacaq.
Qeyd edək ki, DÇ-2026-ya ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. Mundial 2026-cı il 11 iyun - 19 iyul tarixləri arasında baş tutacaq.
2022-ci ildə keçirilmiş son dünya çempionatının qalibi Argentina milli komandasıdır.