EN

Tramp Çin üçün 80 faiz tarif mesajını verib

Vaşinqton, 9 may, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Çinlə ticarət üzrə danışıqlar ərəfəsində bu ölkə üçün 80 faizlik tarif ola biləcəyinin mesajını verib. AZƏRTAC-ın məlumatına görə, o bildirib ki, Çin öz bazarını ABŞ-a açmalıdır. “Bu onlar üçün də yaxşı olacaq. Qapalı bazarlar artıq keçmir”,- deyə Tramp əlavə edib.

Hazırda ABŞ Çin məhsullarına 145 faiz tarif tətbiq edir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Chosen
0
5
azertag.az

7Sources