Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Qızıl Meydanda keçirilən Qələbə Paradına qatılan ölkələrin hərbçilərinin komandirləri ilə görüşüb.
Hakimiyyet.az xəbər verir ki, mərasim zamanı Rusiya lideri Azərbaycan parad bölməsinin komandirini salamlayıb.
Paradda bölməmizə polkovnik-leytenant Samiq Məmmədov rəhbərlik edib.
Bütün hərbçilər kimi S.Məmmədov əvvəlcə özünü təqdim edib. Daha sonra V.Putin azərbaycanlı polkovnik-leytenantın əlini sıxaraq görüşüb.
Qeyd edək ki, Azərbaycan Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə keçirilən paradda xarici qoşunların kolonnasına rəhbərlik edərək öndə gedib.
ÜmumilikdÉ™ tÉ™ntÉ™nÉ™li marÅŸda 13 ölkÉ™dÉ™n parad bölmÉ™lÉ™ri iÅŸtirak edib.Â
Qızıl Meydanda keçirilən paradda Azərbaycan, Vyetnam, Belarus, Misir, Qazaxıstan, Çin, Qırğızıstan, Laos, Monqolustan, Myanma, Tacikistan, Türkmənistan və Özbəkistandan olan hərbi qulluqçular qatılıb.
BillurÉ™ Yunus