BAKI, 9 may, TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Çinə idxal rüsumlarının 80 faizə qədər azaldılmasına icazə verib.
Teleqraf xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tramp deyib ki, Çinə tariflərin 80 faizə endirilməsi düzgün addım kimi görünür.
Başqa bir nəşrdə Ağ Ev rəhbəri bildirib ki, Çin öz bazarlarını ABŞ-a açmalıdır. Onun fikrincə, bu hal Pekin üçün çox yaxşı olar.
Qeyd edək ki, Çin Baş nazirinin müavini He Li-feng mayın 9-dan 12-dək İsveçrərdə ABŞ-nin maliyyə naziri Skott Bessent və ticarət nümayəndəsi Ceymison Qri ilə məsləhətləşmələr aparacaq.