Viktor Osimhen "Qalatasaray"a minnətdar olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, klubun televiziya kanalına danışan nigeriyalı hücumçu bunları deyib:

"Hazırda həyatımın ən yaxşı dönəmini yaşayıram.

Düşünürəm ki, “Qalatasaray” indiyə qədər karyeramda ən çox həzz aldığım, ən ehtiraslı və hətta ən qayğıkeş azarkeşləri olan klubdur.

Mənimlə "Qalatasaray" arasında əsl bağlılıq hissi var. Düzünü desəm, "Qalatasaray"a sonsuza qədər minnətdar olacağam".