Avropa Komissiyası yeni miqrasiya siyasətinin həyata keçirilməsi üçün Aİ ölkələrinə əlavə 3 milyard avro ayıracaq.
Operativ Media xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə Almaniya kansleri Fridrix Merz ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Bizim miqrasiya paktımızı həyata keçirmək, reallığa çevirmək çox vacibdir. Və bu investisiyalar və böyük zəhmətli iş sayəsində mümkün olur. Biz bu sahəyə əlavə olaraq 3 milyard avro ayıracağıq. Bu araşdırma nəticəsində əldə edilmiş bir nəticədir. Bizim xarici sərhədlərimiz daha möhkəm olacaq", - o, qeyd edib.