EN

DİQQƏT!-Kart məlumatlarınız oğurlanıbsa, ətrafınızdakılar da təhlükədədir- RƏSMİ

"Baş vermiş kiberdələduzluq faktına görə bir vətəndaşın 7 min manatdan artıq vəsaiti talanıb. Təbii ki, münbit şərait görən dələduz bununla yekunlaşmayıb kontaktında olan 20 nəfərin də müxtəlif məbləğlərdə pullarını oğurlayıb"
 
Moderator.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Heseynov qeyd edib. 
 
"Kiberdələduz adəti üzrə “müştəri”ni həyəcanlandırıb və onun davranışlarını idarə edib. Sonda görüntülü zəng edərək özünü tam inandırıb. Nəticədə mobil cihazına daxil olmaq imkanı əldə edib. Bununla da həmin şəxslə yanaşı kontaktında olan yaxınlarının da şəxsi və bank kartı məlumatlarını toplayaraq hesablarındakı  vəsaitləri sıfır manatadək mənimsəyib.
 
İnformasiya əsrinin tələbləri baxımından internet cinayətkarlığının azaldılmasında, cəmiyyətin və ya ayrı-ayrı şəxslərin qanunla qorunan maraqlarına zərər vurulmasının qarşısının alınmasında maarifləndirmə işi fasiləsiz təmin olunmalıdır. Vizual maarifləndirmə ilə yanaşı vətəndaşlarımız dildə-dilə də maarifləndirmə aparmalıdırlar. Olduqları iş kollektivlərində, ailə üzvləri, yaxınları arasında, xüsusilə yaşlı nəslin nümayəndələri ilə söhbət zamanı mövzulardan biri də onların kibercinayətkarlıqla üzləşməmələri üçün şəxsi məlumatlarını necə qorumqları barədə olmalıdır.
 
Mübarizə çərçivəsində hörmətli jurnalistlərimizin, ekspertlərimizin də fikirləri, həll istiqamətləri bizim üçün maraqlı və önəmlidir".
Chosen
0
moderator.az

1Sources