Çempionlar Liqasının finalına yüksəlməsindən sonra PSJ azarkeşləri sosial şəbəkələrdə “Real Madrid”in hücumçusu Kilian Mbappe haqqında mənfi şərhlər yazmağa başlayıblar.
Fransız futbolçu 2017-2024-cü illərdə PSJ-də çıxış edib.
Publika.az xəbər verir ki, bəzi azarkeşlər hətta Mbappeni ələ də salıblar. Azarkeşlərdən bir neçəsinin şərhini təqdim edirik:
“PSJ-dən ayrıldığınız üçün təşəkkür edirəm. “Bunun üçün sənə sonsuz minnətdaram”.
“Yaxşı ki, sən getdin. Biz sənsiz daha güclüyük”.