EN

Ərdoğandan səhər yeməyində iki məsələ ilə bağlı - Deputat və nazirlərə mühüm göstəriş

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan 49 millət vəkili ilə səhər yeməyində görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə üç nazirlə yanaşı, digər kabinet üzvləri də iştirak edib.

“Hazırda iki həssas məsələmiz var: “Terrorsuz Türkiyə” və İstanbul şəhər bələdiyyəsindəki əməliyyat. PKK bu gün və ya sabah silahlarını yerə qoyacaq. Amma proses silahı yerə qoymaqla bitmir. İstəyirəm ki, bu məsələ ilə diqqətlə məşğul olasınız və vətəndaşlara yaxşı başa salasınız. Lazım olsa, bu addımları parlament çərçivəsində də atacağıq”, - Ərdoğan millət vəkilləri və nazirlərə deyib.
Chosen
0
1
sherg.az

2Sources