EN

Hitlerin intiharından saatlar öncə nələr baş vermişdi?

Faşizm üzərində qələbənin 80-ci ildönümündə SSRİ-nin xarici işlər naziri olmuş Vyaçeslav Molotovun nəvəsi Vyaçeslav Nikonov II Dünya müharibəsinin son günlərinə dair ictimaiyyətə bəlli olmayan detalları açıqlayıb.

Publika.az xəbər verir ki, Nikonov müharibənin son günlərində Reyxstaqa hücumun detallarını yenidən araşdırıb və fərqli nəticə əldə edib.

Onun sözlərinə görə, hücuma rəhbərlik edən general Georgi Jukovun xatirələrində və bütün dərsliklərdə təqdim olunan hekayə əslində dəqiq deyil.

- Jukov hesabatlara əsaslanırdı və tələsirdi. Bütün hesabatlar hadisələri qabaqlayır. Reyxstaqın üzərindəki bayraq əslində dərsliklərdə və Jukovun xatirələrində təsvir olunduğu kimi deyildi. Məşhur “Reyxstaqın üzərindəki bayraq” fotosu səhnələşdirilib. Aprelin 30-da bayraq artıq Almaniya parlament binasına asılmışdı, lakin həmin vaxt foto çəkməyə vaxt yox idi. Hər şey gecə və güclü atəş altında baş verdi. O şəraitdə bayrağı bu qədər yüksəkliyə qaldırmaq mümkün deyildi. Mixail Yeqorov və Meliton Kantaria həqiqətən də bayrağı sancdılar, lakin aşağı hissəyə. Ümumiyyətlə orada bir neçə bayraq var idi.

Nikonov daha bir maraqlı faktı açıqlayır. Onun sözlərinə görə, iyunun 24-də keçirilən Qələbə paradında Qələbə Bayrağı yox idi.

- Pankartı kapitan Stepan Nestroyev, Yeqorov və Kantariya daşımalı idi. Lakin onlar məşqdə uğursuzluğa düçar oldular və paradda iştiraklarına icazə verilmədi. Nestroyev ayağından yaralanmışdı və axsayırdı. 1945-ci ildəki Qələbə paradında Qələbə bayrağı yox idi. Bu bayraq ilk dəfə 1966-cı il paradında göründü.

Tarixçi qeyd edir ki, döyüşlər Reyxstaqın alınmasından sonra da davam edib.

- Nasist qoşunlarına şərqdə ölüm-qalim savaşı verməyi, qərbdə isə mümkün qədər təslim olmağı əmr etdilər. Bu, əslində Çörçilin planı idi. Stalinə tost deyən, onu tərifləyən Britaniyanın baş naziri gizli şəkildə Sovet ittifaqı ilə hərbi qarşıdurma planı hazırlayırdı. “Unthinkable” (Ağlasığmaz) kod adı ilə tanınan əməliyyat planına görə, London sovet qoşunlarını Şərqi Avropadan çıxarmaq üçün Hitlerin ordusunun sağ qalan hissələrindən istifadə etməyi düşünürdü. Bütün diviziyalar təslim oldu. Şərqdə isə sona qədər dirəndilər. Ən ciddi qrup Çexoslovakiyada qalmışdı: döyüşə hazır olan bir milyon əsgər. Hələ o vaxt sovet kəşfiyyatı almanların müttəfiqlərə təslim olduğunu, lakin tərksilah edilmədiyini bildirirdi. Çörçil alman qoşunlarını tərksilah etmədi, onlardan SSRİ-yə qarşı istifadə edəcəyinə ümid edirdi. “Ağlasığmaz” planı rəsmi şəkildə ortaya çıxdı. Bu o zaman idi ki, planın icrası üçün hazırlıq başa çatmışdı. Çörçil eyni zamanda SSRİ-yə jestlər də etdi. 1945-ci ilin aprel-may aylarında Çörçilin həyat yoldaşı Klementini Moskvaya səfər etdi və mayın 9-da radio vasitəsilə sovet xalqını qələbə münasibətilə təbrik etdi.

Chosen
0
1
publika.az

2Sources