AZ

ABŞ BMT Baş Assambleyasında İbrahim Rəisinin xatirəsinə həsr olunan mərasimdə iştirak etməyəcək

Birləşmiş Ştatlar BMT Baş Assambleyasında İranın mərhum prezidenti İbrahim Rəisinin xatirəsinə həsr olunan mərasimdə iştirak etməyəcək.

Editor.az bildirir ki, bu barədə “Reuters” agentliyi xəbər verirb. Lakin boykot rəsmi olaraq elan olunmayıb. 193 ölkəni təmsil edən BMT Baş Assambleyası ənənəvi olaraq ölümü zamanı istənilən dünya liderini yad etmək üçün toplanır. Mərasimdə mərhuma həsr olunmuş nitqlər səsləndirilir: “Biz heç bir şəkildə tədbirdə iştirak etməyəcəyik. BMT İran xalqının tərəfində olmalı, onilliklər boyu onlara zülm edən zalımlarının xatirəsini yaşatmamalıdır”, – deyə mənbə əlavə edib. Agentliyin həmsöhbəti həmçinin Rəisini “çoxsaylı insan hüquqları pozuntularında, o cümlədən 1988-ci ildə minlərlə siyasi məhbusun məhkəməsiz edam edilməsində” əli olmaqda ittiham edib.

BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələrin nümayəndələri mayın 20-də keçirilən iclasda mərhumun xatirəsini ehtiramla yad ediblər. Reuters-in yazdığı kimi, ABŞ-ın daimi nümayəndəsinin müavini Robert Vud “14 həmkarı ilə könülsüz ayağa qalxıb”. ABŞ İran prezidentinin vəfatı ilə bağlı rəsmi başsağlığı verib. Bununla belə, Ağ Evin sözçüsü Con Kirbi brifinqdə İbrahim Rəisini “əlləri qanlı olan adam” adlandırıb. Bəzi respublikaçılar başsağlığı verdiyi üçün Co Bayden administrasiyasını tənqid ediblər.

Xatırladaq ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi və onu müşaiyət edən şəxslər helikopter qəzasında həlak olublar.

//Samir Qurbanov, Editor.az

Seçilən
296
33
editor.az

10Mənbələr