AZ

Ardıcıl 3 gün iş olmayacaq?

Ardıcıl

Məlum olduğu kimi, 25-26 may şənbə-bazar, 28 may isə Müstəqillik Günü ilə bağlı qeyri-iş günüdür.“Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun 7-ci bəndində deyilir: “Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər”.Bu qanuna müvafiq olaraq Nazirlər Kabinetinin 27 may iş günü ilə 25 may qeyri-iş gününün yerini dəyişəcəyi və 26-28 may tarixlərində ardıcıl 3 gün qeyri-iş günü elan ediləcəyi ehtimalı artıq bir müddətdir ki, mediada səsləndirilir.Ulusum.az axar.az-a istinadən xəbər verir ki,Adətən Nazirlər Kabineti bu qərarını bir neçə gün öncədən elan edir.Nazirlər Kabinetindən bildirilib ki, artıq həftənin 3-cü günü olmasına baxmayaraq, bununla bağlı hələlik heç bir qərar qəbul olunmayıb.

Diqqət Çəkənlər

İranda daha bir sui-qəsd baş verib - FOTO

Üç direktor vəzifələrindən uzaqlaşdırıldı

44 ildən sonra ilk dəfə İrana getdi

Seçilən
188
44
ulusum.az

10Mənbələr